Çərşənbə, 01 May

"Putinin 3 ay ömrü qalıb" - İDDİA

image

İngiltərəli keçmiş kəşfiyyatçı Kristofer Stil Rusiya prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən iddialar səsləndirib.

Xəbər verilir ki, "BBC Radio 4"ə danışan Stil Putinin səhhətinin gündən-günə pisləşdiyini iddia edib.

Onun sözlərinə görə Rusiya liderinin cəmi bir neçə ay ömrü qalıb:

"Mən Putinin 3-6 aydan çox vəzifədə qalacağına inanmıram. Çünki xəstəlik onun həyatına son qoyacaq. Putinin səhhətinin pisləşdiyini göstərən əlamətlər göz qabağındadır". 

Son həftələrdə Putinin səhhəti ilə bağlı iddialar tez-tez gündəmə gəlir və bəzi mənbələr Rusiya rəhbərinin xərçəng və ya Parkinson xəstəsi olduğunu iddia edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15